Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 2019-cu ilin sentyabrın 8-də Dağlıq Qarabağda keçirilən “yerli idaetmə orqanlarına” adlandırılan “seçkilər”i və onların nəticələrini tanımır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin bəyanatında bildirilib.
Gürcütan XİN Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Bəyanatda qeyd olunub ki, Gürcüstan XİN-nin münaqişənin beynəlxalq hüquq və prinsiplərə tam uyğun formada beynəlxalq ictimaiyyətin cəlb olunması ilə sülh yolu ilə həllinin tərafdarı olduğu vurğulanıb.