https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

“Mən “Xəzər Lənkəran”da ad qoyacağam”

“Mən “Xəzər Lənkəran”da ad qoyacağam”

“Xəzər Lənkəran” klubunun hücumçusu Andre Roberto Suares da Silva – Betonun Qol.Az saytına müsahibəsi

- Səni “Xəzər Lənkəran”a böyük ümidlərlə gətirsələr də, hələ ki, əsl oyununu ortaya qoya bilmirsən. Bunun səbəbi nədir?

- Çoxdandı oynamırdım. Klubsuz olduğum üçün Brazilyada idim. İki aydan çox oyun təcrübəsindən məhrum idim. Belə olan halda, əvvəlki səviyyəmi göstərmək bir az çətindir. Bunun üçün məşqlərdə çox səylə çalışıram ki, əvvəlki formamı bərpa edim. Çempionatda yaranmış fasilədən maksimum istifadə etmək istəyirəm. İnanıram ki, baş məşqçi özümü göstərmək üçün mənə şans verəcək.

- Bir çox legioner futbolçu Azərbaycana adaptasiya olmaqda çətinlik çəkir. Yəqin sən də belə vəziyyətlə üzləşmisən.

- Məndə adaptasiya problemi yoxdur. Çünki Türkiyə superliqasında da çıxış etmişəm. Azərbaycanla Türkiyə arasında o qədər də böyük fərq görmürəm. Özümü göstərə bilməməm qeyd etdiyim kimi, uzun müddət oynamağımla əlaqədardır. Çalışacağam ki, bu problemimin öhdəsindən tezliklə gəlim. Çünki mən oynadığım bütün klublarda ad qoymuşam. Düşünürəm ki, “Xəzər Lənkəran”da belə olacaq. Sadəcə, zamana ehtiyac var.

-  “Xəzər Lənkəran”ın son vaxtlar uğursuz çıxışlarını nə ilə əlaqələndirərdin?

- Futbolda üç nəticə olur: məğlubiyyət, heç-heçə və qələbə. Uğursuzluq istənilən komandanın başına gələ bilər. Odur ki, o günləri unudaraq gələcəyə baxmaq lazımdır. Birləşərək bu vəziyyətdən çıxmalıyıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.