“Vahid Millət Dövlətçiliyə Dəstək” İctimai Birliyi Türkiyə Cumhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbir keçirəcək.
Birlikdən verilən məlumata görə, toplantı 25 oktyabr 2013-cü il tarixdə saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin “Dəyirmi zal”ında olacaq. Tədbirdə Türkiyə səfirliyindən nümayəndə heyəti, Kuzey -Kıbrız Cumhuriyətinin səlahiyyətli nümayəndələri və Azərbaycanın elm adamları da iştirak edəcəklər.