|
|
|
|
"Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun".
APA-nın məlumatına görə, bu təkliflə oxucuların suallarını cavablandıran Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.
Onun sözlərinə görə, dünyanın iki şəhərində Dronqo adında restoran var:
"Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub".