Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstagram səhifəsində 18 sentyabr - Milli Musiqi Günü ilə bağlı paylaşım olub.
"Report"un xəbərinə görə, paylaşımda qeyd edilib ki, 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub:
"Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".