|
|
|
|
Azərbaycan Prezidenti İlham Əliyevin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı istehsalçılara subsidiyalar verilir.
Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrin güzəştli qiymətlərlə satılmasına, toxum və ting istehsalçılarına 1-ci və 2-ci reproduksiyalı toxum və ting satışına, elmi-tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlarına çəkilən xərclərin ödənilməsinə 2007-2011-ci illər və 2012-ci ilin 9 ayı ərzində 536.700.000 manat subsidiya verilib.
BƏXTİYAR