“Qarşıdakı aylarda Gürcüstana qayıdacağam”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın “Mtavari Arxi” telekanalına müsahibəsində bu ölkənin sabiq prezidenti Mixeil Saakaşvili deyib.
O qeyd edib ki, ölkəyə qayıtdıqdan sonra həbs edilib-edilməməsinə ancaq gürcü xalqı qərar verə bilər: “Qarşıdakı aylarda Gürcüstana qayıdacağam. Heç nə gizli deyil. Ukraynada özümü yaxşı hiss edirəm, amma öz vətənimi itirirəm”.