“Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişləri izləyir və diqqətdə saxlayır”.
APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, ATƏT-in Minsk Qrupu da Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır.
A. Montchalin vurğulayıb ki, Azərbaycan və Ermənistan Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı öhdəlik götürüblər.
O qeyd edib ki, bu məsələdə Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk Qrupuna dəstək verir.