“Dünən ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O qeyd edib ki, oktyabrın 6-da havanın temperaturu iqlim normasından 4.5 dərəcə yüksək olub:
“Bu gün günün birinci yarısında hava şəraiti kifayət qədər mülayim olacaq. Axşama doğru güclü küləklə əlaqədar temperatur bir qədər aşağı düşəcək və normaya yaxınlaşacaq”.