"ABŞ-ın Suriyada sonu olmayan mənasız müharibədən çəkilməsinin vaxtı gəlib".
APA-nın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.
O, vəzifəyə gəldiyində İŞİD-in bölgədə güclü olduğunu bildirib.
"Ancaq biz İŞİD-i 100 faiz məğlub etdik", - deyə o vurğulayıb.