|
|
|
|
Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.
Daha sonra məsələ ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Oqtay Əsədov sonda bir daha Ə.Əsədovu təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
*** 12:17
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələ ilə bağlı Prezident İlham Əliyevin Milli Məclisə məktubunu oxuyub.
Daha sonra məsələ ilə bağlı müzakirələr başlayıb.
Qeyd edək ki, Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.