Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub.
APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb.
“Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış Pınarı” hərəkatına başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.