REAL Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək.
APA-nın məlumatına görə, bu barədə partiya sədri İlqar Məmmədov “facebook”da məlumat paylaşıb.
O, bələdiyyə seçkilərində iştirak etmələrinin məqsədini də açıqlayıb:
“Seçkilərdə iştirak etməyimiz yerli idarəetmənin əslində necə qurulmalı olduğunu bütün xalqa danışmaq və gələn il keçiriləcək Parlament seçkilərinə hazırlıqlıq məqsədi daşıyır".