|
|
|
|
“Özbəkistanın Türk Şurasına üzv olması təşkilatı daha da gücləndirib. Macarıstanın Türk Şurasında müşahidəçi statusu isə əhəmiyyətli qazancdır”.
APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Türk İş Şurasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məqsədimiz tək bir qardaşımızın kənarda qalmadığı güclü bir təşkilatı təsis etməkdir”, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin iş adamlarını bir araya gətirmək üçün işlər aparılır.
“Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”, - deyə Türkiyə Prezidenti vurğulayıb.