https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-04/310997_ohb5q239fl.jpg "Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
23 Aprel 2024

“Bakı mənim üçün kiçik Parisdir”

“Bakı mənim üçün kiçik Parisdir”

Türkiyənin “Bu gün ne giysem” yarışmasından tanıdığımız modelyer İvana Sərt Axşam.az saytına müsahibə verib. 

O, gözəllik və formada qalma sirlərini, yeni dəfiləsini, Bakı ilə bağlı fikirlərini oxucularımızla bölüşüb:

- Bakıya ikinci gəlişinizdir. Sizcə, nələr dəyişib?

- İlk dəfə ötən il Bakıya gəlmişdim. Buranı çox bəyənirəm. Yeni tikilən rəngli binalar, qədim tarixi evlər xoşuma gəlir. Maraqlı bir şəhərdir. Mən hər zaman Bakıya kiçik Paris deyirəm. Buradan getdiyim gündən yenidən gəlməyi arzulayırdım. Bu yaxınlarda Ruhi xanımla İstanbulda tanış olduq, məni verilişinə dəvət etdi. Çox sevindim və dərhal razılaşdım.

- “Özünə bax” layihəsini izləmisiniz? 

- Heç izləmək imkanım olmayıb. Amma haqqında eşitmişəm. Bilirəm ki, bizim “Bu gün ne giysem” yarışmasına bənzəyir. Ona görə də efirdə çətinlik çəkməyəcəyimə əminəm.


“MÜĞƏNNİLƏRİNİZDƏN YALNIZ RÖYANI TANIYIRAM”



- Bizim yerli məşhurlardan kimləri tanıyırsız?

- Röyanı tanıyıram, mahnısını eşitmişəm. Başqa tanıdığım yoxdur, çünki televizora baxmağa vaxtım olmur. Bir də bizim müsabiqəyə qatılan model Səbinə Allahverdiyevanı tanıyıram. Onu soyadına görə yadımda saxlamışam. Hər zaman deyirdim ki, Allah bu qıza verib də, gözəlliyi, görünüşü, mədəniyyəti, şirinliyi var. Azərbaycan qızları çox gözəldir. Hamısı mədəni, özünəgüvənəndirlər. Sizin qızların boyu uzundur. Bizim qızlarımız isə qısa boylu olur. 


BAKIDA ÇİMƏRLİK GEYİMLƏRİ KOLLEKSİYAMI TƏQDİM EDƏCƏYƏM”


- İvana sərt formada qalmaq üçün nələr edir?

- Hər dəfə idmanla məşğul oluram. Hər gün ən azI 6 kilometr qaçıram. İdman mənim həyat tərzimə çevrilib. Artıq qəlbim tez-tez döyünməyə öyrəşib, idman mənə adrenalin verir. Xanımlara məsləhət görürəm ki, daim idmanla məşğul olsunlar. Etmədikcə insan tənbəlləşir, uzaqlaşır. Qadınlar tək arıqlamaq üçün deyil, sağlamlıq üçün də vacibdir. Xanımlara bir sir açım: yeməkdən dərhal sonra 20 dəqiqə tez-tez yeriyin. İnanın heç kökəlməyəcəksiniz. Bütün yediyiniz yeməyin kalorisi əriyəcək. İdman üçün salona getmək lazım deyil. Hər bir xanım bildiyi hərəkətləri evədə edə bilər. Dərimə çox qulluq göstərmirəm. Ayda bir dəfə kosmetoloqa müraciət edirəm. O, mənə günəşdənqoruyucu və nəmləndirici krem verir. Ağır makiyajdan istifadə etdiyim üçün dərimi təmizləməyə məcburam. Axşam evə gələndə ilk işim makiyajımı silmək və nəmləndirici krem çəkmək olur.

- Hakan Akkaya Azərbaycanda bir dəfilə keçirəcəyini dedi. Bəs sizin belə bir fikriniz yoxdur?

- Hazırda yeni çimərlik geyimlərinin üzərində işləyirəm. Kolleksiyamın çox hissəsini dəri geyimlər təşkil edəcək. Mart ayında təqdimat olacaq. Ondan sonra həmin kolleksiyamı Bakıda da nümayiş etdirmək istəyirəm.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.