|
|
|
|
ABŞ səfirliyi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Yenidən əldə olunmuş müstəqilliyin 28-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycan xalqını təbrik edirik. Bu münasibətlə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar”, - deyə qeyd olunub.