İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Ə. İmamoğlu “Twitter”də bildirib.
“Azərbaycanın Dövlət Müstəqilliyi Gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə belə müstəqil və azad illər arzulayıram”, - deyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb.