|
|
|
|
Azərbaycanla Türkiyə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması üzrə ilkin test işləri “Bakutel-2019” sərgisi çərçivəsində əyani olaraq aparılacaq.
Bunu "APA-Economics"ə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.
Xatırladaq ki, 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi ("Bakutel-2019") dekabrın 3-6-da təşkil olunacaq.