“Orta məktəblərdəki dərslik çatışmazlığı problemi artıq həll edilib. Bu problem ona görə yaranmışdı ki, I siniflərin sayı ilə bağlı əvvəlcən verilmiş proqnoz özünü doğrultmamışdı”.
525.az-ın məlumatına görə, bunu jurnalistlərə acıqlamasında təhsil Naziri Misir Mərdanov deyib.
Nazirin sözlərinə görə, dərs ili başlayanda bəlli olub ki, I sinfə gedən şagirdlərin sayı proqnozlaşdırılandan daha cox imiş:
“Ona görə də biz təcili olaraq, həmin dərslikləri müvafiq nəşriyyatlarda çap etdirdik və yerlərə çatdırdıq. Artıq bu məsələ həll olunub və I siniflərin dərsliklə bağlı problemi yoxdur”.