../img/pics/medium/163492_rovfix867j.jpg "525-ci qəzet"in 8 iyul sayında nələr var? - ANONS
../img/pics/medium/163467_i84ushalkf.jpg Yeni dövrün qaçılmaz fenomeni: elektron kitab
../img/pics/medium/163460_ee2cb8lz75.jpg Robinzon olmasam da... - Esse
../img/pics/medium/163447_minuejsjmz.jpg "Düşünürdük ki, pandemiya ilə əlaqədar mətbuatın yubileyi arxa planda qalacaq" - Rəşad Məcid ilə ...
SON XƏBƏRLƏR
8 İyul 2020
7 İyul 2020
6 İyul 2020

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - <b style="color:red">Fotolar</b>

Bu gün "AzərKitab"da Əməkdar artist Xumar Qədimovanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipinin təqdimatı keçirilib.

Təqdimatda millət vəkilləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə mətbuata açıqlamasında Əməkdar artist layihənin yaranmasından bəhs edib: "Mənim yaradıcılığımda hər zaman klassiklərin xüsusi yeri olub. Nəsimi də olmazsa olmazdı. "Neylərəm" qəzəli mənim illərdir sevdiyim qəzəl idi. Ümumiyyətlə, Nəsimi ruhu, Nəsimi fəlsəfəsi mənə çox yaxındır. Əslində, Məhəmməd Hüseyn Şəhriyarın "Yar qasidi" şeiri üzərində işləyirdim. Amma bu ilin  Prezidentimiz tərəfindən "Nəsimi İli" elan olunması bizim Nəsimiylə bağlı planlarımizı tezləşdirdi. Və düşünürəm ki, çox möhtəşəm əsər ortaya qoya bildik.

Əsər əslində, özü- özünü təqdim etdi. İnternetə yerləşdirən andan böyük marağa səbəb oldu. Bu təqdimatın keçirilməsinə gərək görməsəm də, dəyərli ədəbiyyat adamları, millət vəkilləri belə məsləhət gördülər ki, keçirmək lazımdır. Buna görə hər kəsə təşəkkür edirəm".

X.Qədimova Nəsiminin 650 illik yubileyi münasibətiylə həmkarlarının hazırladıqları digər mahnılarla bağlı suala isə belə cavab verib: "Hər kəs sağ olsun. Amma birmənalı qarşılanmayacağını bilsəm də, deməliyəm ki, "Nəsimi ili"nə möhürü məhz "Neylərəm" layihəsi vurdu". Daha sonra tədbir başlayıb.

Təqdimatı giriş sözüylə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist, tədbirin aparıcısı Rəşad Məcid sözlərinə "Neylərəm" qəzəlinin ilk beytiylə başlayıb: "Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi şair Nəsiminin 650 illik yubileyi münasibətiylə bu ili "Nəsimi ili" elan etdi. Mədəniyyət nümayəndələri, sənətçilər, aidiyyatı qurumlar bu ilə öz töhfələrini veriblər. Tədbirin ideyası millət vəkili Əflatun Amaşovdan gəldi. Digər dəyərli şairlərimiz də bu ideyaya dəstək oldular".

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim olunan layihəni Nəsiminin yubileyinə ən yaxşı töhfə kimi dəyərləndirib: "Rəşad Məcid sosial şəbəkədə "Neylərəm" klipini paylaşmışdı. Mən Xumar xanımın yaradıcılığını izləyən biri kimi bu klipi də çox bəyəndim. Məncə, Nəsiminin 650 illik yubileyinə ən yaxşı töhfə məhz bu layihədir. Öyrəndim ki, klipin təqdimatı olmayıb.  Ona görə də təqdimat keçirilməsini təklif etdim. Bu layihə münasibətiylə təbrik edirəm".

Xalq şairi Ramiz Rövşən Xumar Qədimovanın musiqisinin Nəsimi ruhuna doğmalığından bəhs edib: "Nəsimi Şərqin böyük şairidir. Nəsimi sözün ucalığı, insan ruhunun təntənəsi deməkdir. Xumar xanımın ifasında ruhların vəhdəti var. Musiqi Nəsimi ruhunu ifadə edib. İfa da çox gözəldir".

Xalq şairi Nəriman Həsənzadə insanın bu musiqidən və bu şeirdən doymadığını deyib: "Nəsimi tamamilə başqa dünyadır. Təəssüf ki, biz onu istədiyimiz kimi yaya bilməmişik. Bu layihə çox uğurlu layihədir. Çox sağ olun".

Əməkdar jurnalist Flora Xəlilzadə Xumar Qədimovanın səsini ruhunun qidası adlandırıb: "Bu ifa isə Xumar xanımın yaradıcılığının yeni nəfəsidir. O, burada muğam oxuyur. Və o muğamı o qədər gözəl oxuyur ki, valeh olmamaq mümkün deyil".

Millət vəkili, yazıçı Aqil Abbas Xumar Qədimovanın sənətini sevdiyini deyib: "Başqa insanlar da Nəsimidən oxudular. Hərə öz başa düşdüyü tərzdə. Xumar xanım isə möhür vurdu".

Daha sonra çıxışçılardan akademik Teymur Kərimli, şair Yusif Nəğməkar, aktyor, bədii-qiraətçi Səfa Mehdi və başqaları layihə münasibətiylə Əməkdar artisti təbrik ediblər.

Sonda çıxış edən müğənni hər kəsə öz təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 


 

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar

Xumar Qədimova "Neylərəm" layihəsini təqdim etdi - Fotolar

Şəkil sayı: 4

 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
Məşhur ifaçı koronavirusa yoluxdu Məşhur ifaçı koronavirusa yoluxdu
Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb. ...
04.04.20
Arif Quliyev qadağanı pozdu Arif Quliyev qadağanı pozdu
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib. ...
26.03.20
Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub. ...
23.03.20
Aktrisa Muhterem Nur vəfat edib Aktrisa Muhterem Nur vəfat edib
Türkiyənin məşhur aktrisası vəfat edib. ...
20.03.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.