Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi vəzifəsinə təyinat olub.
Səhiyyə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub.