|
|
|
|
"Badamdar qəsəbəsinin 3-cü massivi sürüşmə zonasıdır. Orada Prezident İlham Əliyevin sərəncamı ilə vəsait ayrılıb və işlərə başlamışıq".
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, həmin ərazinin kanalizasiya sisteminin yenidən qurulması gələn il tamamilə başa çatdırılacaq.