Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 06:00 radələrində Xətai rayonu, Cavanşir körpüsünün yaxınlığında qeydə alınıb.
30 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.