Ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 3 dərəcədir.
Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Temperatur Xınalıq və Qrızda mənfi 9 dərəcə, Qusarın Ləzə kəndində isə -15 dərəcəyədək düşüb.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.