https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
19 Mart 2024
18 Mart 2024

Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər

Ruslan Əfəndiyevin tələbələri Azərbaycanın MMA tarixini yazmağa davam edirlər

Dünyaca tanınmış MMA məşqçilərindən olan Ruslan Əfəndiyevin tələbələri ardıcıl qələbəriylə həm ölkəmizi sevindirir həm də UFC, Bellator, Rizin, ACA kimi təşkilatların menecerlərinin diqqətini çəkir, yarışlarda uğurla iştirak edirlər.

Demək olar ki, dünyanın bütün nöqtələrindəki yarışlarda iştirak edən tələbələr yeni-yeni uğurlara imza atırlar.

Yaponiyada "Rizzin" təşkilatının təşkil etdiyi 70 kq çəki dərəcəsində keçrilən "Grand Prix"də Tofiq Musayev ardıcıl olaraq iki UFC təşkilatında iştirak etmiş döyüşçülərə qalib gələrək dekabrın 31-i Tokio da keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Məşqçinin digər tələbəsi Vüqar Kərəmov “Bellator” kimi nüfuzlu döyüş təşkilatında noyabrın 14-ü brazilyalı rəqibi Qustavo Vurlitzer üzərində parlaq qələbə qazanaraq uğurlu start edib. Vüqar Kərəmov hazırda “Bellator”da növbəti rəqibini adının açıqlanmasını gözləyir.

Tural Rahimov isə dünyanın ən güclü rinqlərindən olan ACA-da uğurlu çıxışına davam edir. 66 kq çəki dərəcəsində kəmərə əsas namizədlərdən sayılan T.Rahimovun növbəti rəqibi dekabrın 14-ü Sankt-Peterburq şəhərində Andrey Qonçarov olacaq. 57 kq çəki dərəcəsində mübarizə aparan və baxımlı döyüşüylə həmişə diqqət cəlb edən Mehman Məmmədov isə nüfuzlu “Eagles MMA” təşkilatında kəmər döyüşünə çıxacaq. M.Məmmədov kəmər döyüşünə oktyabrın 27-də Moldovada keçrilən qarşılaşmada Andrus Skçenokoya qalib gələrək haqq qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.