Bakıda yeni doğulan uşaq ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini S.X noyabrın 22-də uşaq dünyaya gətirib.
Noyabrın 23-ü uşaq və anası evə buraxılıb.
Ötən gecə yeni doğulan körpə dünyasını dəyişib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.