Bakıda binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, uçqun baş verən mənzildə yaşayış olmayıb.
Bina köhnə tikili olduğundan yaşayış olan digər mənzillərdə də təhlükə qalmaqdadır.
*** 15:59
Bakıda binanın eyvanı uçub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Həmin ünvanda yerləşən, köhnə tikili olan iki mərtəbəli binanın eyvanı uçub.