|
|
|
|
Elçin Hüseynbəylinin “Şah Abbas” və “141-ci Don Juan” romanları İstanbulun “İləri” Yayım Evində nəşr edilib.
Əsərləri Türkiyə türkcəsinə Cumhur Turan uyğunlaşdırıb. Kitablar noyabrın 2-10 tarixində İstanbulda keçirilən Beynəlxalq Kitab sərgisində nümayiş olunur. Müəllifin “Silaya dönüş” (“Yurda qayıdış”) hekayələr toplusu isə 2011-ci ildə Ankaranın “Bengü” nəşriyyatında işıq üzü görmüşdü.