Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.
M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub.
Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb.
X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.
***
Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə 16 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb.
Məktəbli hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.