https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
search
19 Aprel 2024

Müğənni Ayan “Məni anla”nı təqdim etdi (FOTOLAR)

Müğənni Ayan “Məni anla”nı təqdim etdi  (FOTOLAR)

Bu gün müğənni Ayan sözləri Rəşad Məcidə, musiqisi Xanım İsmayılqızına məxsus olan "Məni anla" mahnısına çəkdirdiyi klipi jurnalistlərə təqdim edib.

525.az-ın məlumatına görə, üslub və janr baxımından tamamilə fərqli olan klipdə olduqca həyacanlı və cəsarətli səhnələr yer alıb. Qrafika üslubunda çəkilən klipdə rejissorlar Ceyhun İbrahimoğlu və Vüqar İslamzadə mövzunun mahiyyətini  sətiraltı mənalarla tamaşaçıya çatdırmağa çalışıblar. 

Belə ki,  klipdə Ayan “sevgi manyakı”olan professorun toruna düşmüş xanım obrazını canlandırıb. Beyni ilə idarə olunan qıza professor zorla öz hisslərini yeritməyə çalışır və nə qədər müdaxilə etsə də, istəyinə çatmır. Çarəsiz “qurban” zorla məhəbbətin mümkünsüz olduğunu təkrarlayıb, dönə-dönə “Məni anla” söyləyir.

Klipin çəkilişlərinin Qəbələ rayonunda keçirildiyini bildirən Ayan çəkiliş proseslərinin olduqca çətin keçdiyini, hətta çəkilişlər zamanı  müəyyən tramvalar aldığını deyib. Olduqca həyəcanlı olduğunu bildirən  müğənni “Məni anla”nı bir müddət öncə ifa etdiyi “Ya ona dön” mahnısının davamı kimi hiss etdiyini deyib və yaradıcı heyətə, o cümlədən mahnını ərsəyə gətirən  Xanım İsmayılqızına və Rəşad Məcidə öz təşəkkürünü bildirib: “Aylardan bəri çəkdiyimiz zəhmət bu gün öz bəhrəsini verdi.Yaradıcı heyətin işinə məsuliyyətlə yanaşması məni çox sevindirir. Kifayət qədər maliyyə vəsaiti xərclənsə də, qiymət açıqlamaq fikrim yoxdur. Əsas odur ki, ürəyim istəyən klipdir və tamaşaçıların da bəyənəcəyinə əminəm. Belə bir mahnını ərsəyə gətirdikləri üçün Xanım İsmayılqızına və Rəşad Məcidə öz təşəkkürümü bildirirəm”.  

Tədbirdə həmçinin  mahnının müəllifləri olan Rəşad Məcid  və Xanım İsmayılqızı da kliplə bağlı düşüncələrini bölüşdülər. Müəlliflər  müğənninin  əzmkar, özünəməxsus və istedadlı olduğunu, dayanmadan öz üzərində çalışdığını vurğulayıblar,  gənc  müğənnini və yaradıcı heyəti uğurlu klip təqdim etdikləri üçün təbrik ediblər.

Qey edək ki, klipin art direktoru Azər İbrahimoğlu, səs rejissoru Vüsal Həsənov, stilisti Səbinə İmanovadır.

Tədbir zamanı klip çəkilişlərinin pərdəarxası məqamlarını özündə əks etdirən "making off" da nümayiş etdirildi.

GÜNEL

Şəkil sayı: 12
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.