Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.
APA-nın xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.
Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.