|
|
|
|
“Gələcəkdə xarici vətəndaşların da elektron etibarnamə sistemindən istifadəsi nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin şöbə müdiri Ağakərim Səmədzadə bildirib.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərzadə isə bildirib ki, əgər xarici vətəndaş Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçibsə və ona yaşamaq, işləmək icazəsi verilibsə, həmin şəxs FİN kodunu daxil etməklə sistemdən istifadə edə bilər.