“Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri mövzusundan kənarda qalacağam”.
APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Böyük Britaniya Baş Naziri Boris Conson çox bacarıqlıdır.
“İnanıram ki, o, yaxşı işlər görəcək”, - deyə ABŞ Prezidenti qeyd edib.
D. Tramp əvvəldən “Brexit”in tərəfdarı olduğunu, bunun baş verəcəyinə inandığını vurğulayıb.