../img/pics/medium/148615_o1uj9p16ny.jpg Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
../img/pics/medium/148612_aehoofqru6.jpg Boğulmamağa çalışanlar - Türkan Turanın yazısı
../img/pics/medium/148610_anango6w9j.jpg Müstəqillik dövrünün tənqidçi obrazı - İsa Həbibbəyli yazır
../img/pics/medium/148611_j7iiyqc5dm.jpg "Hər işimdən sonra düşünürəm ki, daha yaxşı alına bilərdi" - Taleh Yüzbəyov ilə müsahibə
SON XƏBƏRLƏR
20 Yanvar 2020
18 Yanvar 2020
17 Yanvar 2020

"Gəncə - 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsi yekunlaşıb

SON AİLƏVİ İDMAN TƏDBİRİ UŞAQ VƏ BÖYÜKLƏRİN BÖYÜK MARAĞI İLƏ QARŞILANIB

"Gəncə - 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsi yekunlaşıb<b style="color:red"></b>

"Gəncə 2019-cu ilin Avropanın İdman Şəhəri" layihəsinə "Ata, ana və mən - idman ailəsiyik" devizi altında keçirilən "Çempion" ailəvi idman oyunları ilə yekun vurulub.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən yekun tədbir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşıb.

"Çempion" əyləncəli idman oyunları üzrə iki mərhələdə keçirilən maraqlı yarışda 8 ailə komandası iştirak edib. Final mərhələsində Gəncə, Göygöl, Bərdə və Qazax komandaları mübarizə aparıblar. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Çempion" əyləncəli idman oyunlarının təşkilində əsas məqsədi insanlara sağlam həyat tərzinin aşılanması, yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının təmin edilməsi olub.

Yarışların final mərhələsinin qalibi Gəncə komandası olub. Həmçinin, finalda mübarizə apararaq, nəticə göstərən komandalara diplom və xatirə hədiyyələri, qalib komandaya isə kubok təqdim olunub.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavinin Kəmalə İbrahimova, idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Daha sonra "Gəncə Avropa İdman Şəhəri" layihəsinin bağlanış mərasiminə həsr olunan videoçarx təqdim olunub. Tədbir Gəncə Dövlət Filarmoniyasının yaradıcı kollektiv və solistlərinin iştirak etdiyi konsert proqramı ilə davam edib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Həmin tarixdə Belçika Krallığının paytaxtı Brüsseldə Avropanın İdman Şəhərləri Assosiasiyasının təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarının bu statusları qazanan şəhərlərə rəsmi olaraq təqdim edilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Zakir MURADOV
Gəncə


 
Bölmənin digər xəbərləri
UEFA-dan UEFA-dan "Qarabağ"a 260 min 500 avro
UEFA "Qarabağ"a 260 min 500 avro pul ayrııb. ...
16.01.20
“Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib “Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib
Bakıda keçirilən “Formula-1” yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib. ...
15.01.20
"Qarabağ" Beqoviçin "Milan"a transferinə belə reaksiya verdi
"Bornmut" mövsümün ilk yarısını "Qarabağ"da keçirən Asmir Beqoviçi bu dəfə "Milan"a icarəyə verib. ...
14.01.20
Olimpiada-2024-ün ev sahibi bilinib Olimpiada-2024-ün ev sahibi bilinib
2024-cü ildə keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib. ...
10.01.20
Millimizdən gedir Millimizdən gedir
Polina Rəhimova Azərbaycan millisində karyerasını başa vurur. ...
10.01.20
AFFA-dan türkiyəli futbolçuya dəvət AFFA-dan türkiyəli futbolçuya dəvət
AFFA daha bir əcnəbi futbolçunu Azərbaycan yığmasına dəvət edib. ...
10.01.20
Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb Beynəlxalq Olimpiya Komitəsi qaydalarla bağlı işçi qrup yaradıb
Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin illik hesabat yığıncağı keçirilir. ...
09.01.20
"Neftçi" bəyənmədi, "Qalatasaray" aldı
“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib. ...
09.01.20
"Dinamo" Şeydayevlə yolları ayırdı
Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırıb. ...
09.01.20
Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Olimpiya Oyunları dövründə idmançıların davranışı ilə bağlı yeni qaydaları bəyənib. Yeni qaydalara əsasən, rəsmi mərasimlər və yarışlar...
09.01.20
“Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli “Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli
“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”. ...
09.01.20
Millimizin oyunçusundan qalmaqallı addım Millimizin oyunçusundan qalmaqallı addım
"Erzgebirge"də çıxış edən millimizin futbolçusu Dmitri Nazarov Azərbaycanda narazılıq doğuracaq addım atıb. ...
09.01.20
Ərəb qadınlardan superkuboka böyük maraq Ərəb qadınlardan superkuboka böyük maraq
Tarixdə ilk dəfə olaraq Səudiyyə Ərəbistanında İspaniya superkuboku uğrunda oyunlar başlayıb. ...
09.01.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.