https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
19 Mart 2024
18 Mart 2024

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xalq artisti Aygün Kazımova Azərbaycanda keçiriləcək  qadınlararası futbol yarışmasında qızlarımıza dəstək üçün üçün ifa etdiyi “Qol” mahnısına çəkdirdiyi klipini təqdim edib.  

525.az-ın məlumatına görə, mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi isə Aygün Kazımovaya məxsusdur.

Çəkilişləri iyulun ilk ongünlüyündən başlayaraq, avqustun əvvəllərinə qədər davam edən klip xalq artistinin müqavilə əsasında çalışdığı Türkiyənin “DokuzSekiz Müzik Yapım” şirkətinin təşəbbüsü ilə “FilmLine” kompaniyasında istehsal olunub.

Klipdə Aygün Kazımovanın vertolyotla Bakı səmasında çəkilişləri edilib. Qızlardan ibarət milli yığmamızın futbolçu heyəti də xalq artisti ilə tərəf müqabili qismində çıxış ediblər.

Klipin rejissoru Murat Küçük, görüntü rejissoru isə Vəli Kuzludur.

Xalq artisti 17 yaşadək qızlardan ibarət dünya çempionatının oyunları ərəfəsində Şakira, Rihanna və Cenifer Lopezlə eyni səhnəni paylacağı haqqında yayılan xəbərə də aydınlıq gətirib:

“Son günlər  hər yerdə bu xəbər haqda danışırlar. Ancaq mən təəssüf ki, o, üç böyük ulduzla eyni səhnəni paylaşmayacağam. Bu, FİFA-nın öz seçimidir”.
  
GÜNEL

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Aygün Kazımovadan gözəl "Qol" (FOTOLAR, VİDEO)

Şəkil sayı: 6
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.