Millət vəkili Qənirə Paşayeva Hyustonda yaşayan Azərbaycan diaspor təşkilatları ilə görüşüb. ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Hyustonda Azərbaycan-Amerika Mədəniyyət Alyansını ziyarət edib.
525.az-ın məlumatına görə, Azərbaycan-Amerika Mədəniyyət Alyansının (Azerbaijani American Cultural Alliance - AACA) direktoru İsmail Əhmədov millət vəkili Qənirə Paşayevaya və TÜRKSOY-un sədri Düsen Kaseinova məlumat verib ki, təşkilat uşaqlar üçün Azərbaycan dili və ədəbiyyatı sinifləri, rəngkarlıq kursları təşkil edib. Eyni zamanda alyans Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin, həqiqətlərinin təbliği ilə də məğşul olur. Hyustonda yüzlərlə Azərbaycanlının yaşadığını deyən millət vəkili Qənirə Paşayeva bu cur mərkəzlərin Azərbaycan mədəniyyəti və həqiqətləri ilə bərabər həm də Amerika və Azərbaycan arasında, xaqlarımız arasında körpü rolu oynadığını da bildirib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Amerika Mədəniyyət Alyansının ofisində Azərbaycan diasporunun üzvləri ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva və TÜRKSOY-un sədri Düsen Kaseinov onlarla geniş fikir mübadiləsi aparıblar. Görüş zamanı ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Millət vəkili Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk əsilli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.
Bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayan Azərbaycan diaporunun üzvləri görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumat verib, ətraflı fikir mübadiləsi aparılıb. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər. ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Texasda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş katibi Yusif Babanlı ilə görüşüb. Görüş zamanı ABŞ-da harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili Qənirə Paşayeva bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib. ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş katibi Yusif Babanlı bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumat verib, ətraflı fikir mübadiləsi aparılıb.