Avropanın ən çox tıxac olan şəhəri kimi İstanbulun adı açıqlanıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul küçələri hətta günün adi vaxtlarında da tıxac olur. Dünyanın Xəritə, Yol və Naviqasiya Məsələləri üzrə rəhbəri olan TomTom ən son tıxac indekslərini açıqlayıb. 58 Avropa şəhərində aparılan araşdırmalara görə, İstanbul Avropanın ən çox tıxac olan şəhəri hesab olunub. Hesabatda İstanbulda adi vaxtlarda tıxacların 57 faiz, günün ən işlək vaxtında 84 faiz, axşam saatlarında isə bu rəqəmin yüzdə 125 faizə qalxdığı qeyd olunub. Aprel-iyun aylarında aparılan araşdırmaların nəticələrinə görə, bütün Avropa ölkələrində tıxaclar 23 faiz təşkil edir. 2011-ci illə müqayisədə bu rəqəm 4 faiz azalıb.
Dünyanın ən çox tıxac olan şəhərləri bunlardır:
1. İstanbul: 57 faiz
2. Varşava: 45 faiz
3. Marsilya: 42 faiz
4. Palermo: 40 faiz
5. Roma: 34 faiz
6. Paris: 34 faiz
7. Stuttqart: 33 faiz
8. Brüssel: 33 faiz
9. Hamburq: 32 faiz
10. Stokholm: 30 faiz
Nigar Məhərrəm