https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

"Neftçi" Raufu göndərdi

"Neftçi" Raufu göndərdi

"Neftçi" futbolçusu Rauf Əliyevlə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, 31 yaşlı hücumçunun müqaviləsi ləğv edilib. Futbolçunun "ağ-qaralar"la mövsümün sonuna qədər sözləşməsi var idi.

Qeyd edək ki, R.Əliyev ötən ilin iyununda "Qəbələ"dən "Neftçi"yə keçmişdi. O, bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qol vurub.

Əlavə edək ki, "Neftçi" rəsmi sosial şəbəkə vasitəsi ilə də Raufla yolları ayırdığını rəsmən açıqlayıb.  Rauf Əliyevlə müqaviləyə birtərəfli şəkildə xitam verildiyi qeyd olunub. "Hücumçuya gələcək karyerasında uğurlar arzulayırıq!" - deyə açıqlamada bildirilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.