https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

“Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli

“Azərbaycan öz məmləkətimiz kimidir” - Mustafa Dənizli

“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”.

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq çalışdırıcısı Mustafa Dənizli yığmanın “Avro-2020”dəki şanslarını dəyərləndirərkən deyib. Ölkəsinin mətbuatına danışan 71 yaşlı mütəxəssis komandanın qrupdan çıxıb, irəliləyəcəyini düşünür:

“Bir çox turnirlərə qatılmışıq. Amma son 20-25 ili ən uğurlu dövr kimi göstərmək olar. Qrupdakı rəqiblərimizdən biri İsveçrədir. Bu komanda adətən tam isveçrəlilərdən qurulan kollektiv olmur. Lakin İtaliya çox güclüdür. Nəzərə alsaq ki, ilk oyunumuzu onlara qarşı keçirəcəyik, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidir. Məncə, bu baxımdan turnirə İtaliyada başlamaq üstünlükdür. Yığmamıza güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu cür çıxışla hara qədər gedə biləcəyimizi siz düşünün”.

Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.