https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar

Olimpiya Oyunları dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Olimpiya Oyunları dövründə idmançıların davranışı ilə bağlı yeni qaydaları bəyənib. Yeni qaydalara əsasən, rəsmi mərasimlər və yarışlar dövründə etiraz aksiyaları keçirən idmançılar cəzalandırılacaqlar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu qərar yanvarın 9-da BOK İcraiyyə Komitəsinin və İdmançılar Komissiyasının birgə iclasında qəbul edilib.

Bundan sonra Olimpiya Oyunlarının iştirakçılarının oyun meydanında, Olimpiya kəndində, təltifetmə prosesində, habelə Oyunların açılış və bağlanış mərasimləri dövründə bu və ya digər qərardan narazılığını və ya siyasi baxışlarını nümayiş etdirmələri qadağan olunur.

İdmançıların siyasi xarakterli simvollar, siyasi jestlər nümayiş etdirməsi, bir dizi üstə dayanması, mərasimlərin protokol qaydalarını pozması qadağan edilir. Bu qaydaların pozulmasına görə cəzaların dərəcəsi Milli Olimpiya Komitəsi, Beynəlxalq Federasiya və BOK tərəfindən müəyyən ediləcək.

Bununla bərabər, idmançılar jurnalistlərlə söhbət zamanı, komandaların müşavirələrində və sosial şəbəkələrdə öz baxışlarını bildirmək hüququna malikdirlər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.