|
|
|
|
Yanvarın 12–si axşam saatlarından Göygöl və Maral gölə qar yağmağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Maral göldə qarın qalınlığı 25-30 santimetrə çatıb.
Qoruğun əməkdaşları tərəfindən göldəki buz qatının da qalınlığı ölçülüb. Hazırda Maral göldə buz qatının qalınlığı 20 santimetr, mərkəzə doğru hissələrdə isə 25–30 santimetr təşkil edir.