Azərbaycanda yol qəzaları ilə bağlı son aylarda görünməyən statistika qeydə alınıb.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 1 yol qəzası qeydə alınıb. Qəza zamanı 1 nəfər ölüb. Hadisə oktyabrın 11-də saat 16:45 radələrində Beyləqan rayonunun Kəbirli kəndi ərazisində qeydə alınıb.
Ağdam rayon sakini Yusif Əhmədov "Mercedes-190" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişin Xosrov Əliyev hadisə yerində ölüb.