https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
search
19 Aprel 2024

“Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib

“Formula-1” Azərbaycana yarım milyard dollardan çox gəlir gətirib

Bakıda keçirilən “Formula-1” yarışlarından Azərbaycanın əldə etdiyi gəlirin məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu rəqəm Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkil etdiyi tədbirdə açıqlanıb. PwC Azərbaycan beynəlxalq audit şirkətinin hesabatına əsasən? 2016-2019-cu illərdə keçirilən yarışlardan 506,3 milyon dollar gəlir əldə olunub.

Bu məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, otel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Qeyd edək ki, yarışın növbəti Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.