|
|
|
|
Çərşənbə axşamı ABŞ-ın İraqda yerləşən səfirliyinin yaxınlığına üç raket zərbəsi endirilib.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarındakı mənbə məlumat verib.
Bildirilib ki, raket mərmiləri Bağdaddakı xarici diplomatik korpusların yerləşdiyi “yaşıl bölgə”yə düşüb.
Hava zərbələri zamanı ABŞ səfirliyindən həyacan siqnalı səsləri eşidilib.
Mənbə hava zərbələri zamanı heç bir itkinin olmadığını bildirib.