“Şah İsmayıl Xətai haqqında film kinostudiyanın planında var. Ancaq hələlik heç bir irəliləyiş yoxdur: Yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat verəcəyik”.
Bu, “Bakıfilm” kinostudiyasının direktor müavini, festival və yayım komissiyasının üzvü Kamran Qasımovun Modern.az-a açıqlamasıdır.
Qeyd edək ki, bir müddət öncə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Şah İsmayıl Xətai haqqında film çəkəcəyini elan etmişdi. Uzun müddət keçməsinə baxmayaraq, film hələ də ərsəyə gəlməyib.