https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Şahin Diniyev: "Azərbaycanla hər komanda oynamaq istəmir"

Şahin Diniyev: "Azərbaycanla hər komanda oynamaq istəmir"
"Rəvan" klubunun baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

- Milli komandamız iki gündən sonra yoldaşlıq oyununda Estoniya ilə qüvvəsini sınayacaq. Bu oyun və rəqib haqda fikirlərinizi bilmək istərdik.

- Estoniya millisi bizim səviyyəmizdə olan komandadır. Qarşıdakı oyunlar nəyəsə hesablanmayıb. Yəni hansısa oyuna hazırlıq xarakteri daşımır. Ancaq bu qarşılaşmalardan da yararlanmaq lazımdır. Bəzi futbolçuları sınaqdan keçirmək olar. 

- Ancaq Foqts deyəsən, sırf nəticəni düşünür. Çünki heyətə yenə əsasən təcrübəli futbolçuları dəvət edib.

- Düzdü, Foqts onsuz da təcrübəli futbolçuları tanıyır. Ona görə də onlara ehtiyac yox idi. Yəqin Foqts ancaq qələbə haqda düşünür. Yəni onun üçün bu qarşıdakı görüşlər sınaq xarakteri daşımır. Ancaq bu, baş məşqçinin fikridir və hörmətlə yanaşmaq lazımdır.

- Komandamız noyabrın 19-da Qırğızıstan yığması ilə qarşılaşacaq. Bu rəqib haqda nə söyləmək olar? Sizcə, daha yaxşı təcrübə qazanmaq üçün özümüzdən güclü rəqiblə qarşılaşmağımız yaxşı olmazdımı?

-  Qırğızıstan bizə nisbətən zəifdir. Onu da nəzərə alın ki, Azərbaycanla hər milli komanda oynamaq istəmir. Çünki dünya çempionatının seçmə mərhələsi başa çatıb. Avropadakı milli komandaların hər birinin futbolçuları müxtəlif çempionatlarda iştirak edir. Buna görə onlara Azərbaycanla oynamaq maraqlı deyil. Bu gün milli komandamız üçün rəqib tapmaq çətin məsələdir. Bizimlə oynayacaq rəqiblər azdır. 

- "Rəvan"da vəziyyət necədir. Yaranmış fasilədən necə istifadə edirsiniz?

- Hazırda Mərdəkanda təlim-məşq toplanışındayıq. Bilirsiz ki, "Rəvan"ın funksional hazırlıq səviyyəsi aşağıdır. Buna görə 4 gün ərzində fiziki hazırlığa üstünlük verəcəyik. Əlbəttə ki, 4 gün çox az vaxtdır. Məşqlərə noyabrın 13-dən başlamışıq. İki gündən sonra isə sırf "Qarabağ"a qarşı hazırlığa başlayacağıq.

- "Qarabağ"la oyun haqda nə düşünürsünüz?

- "Qarabağ"la bizi necə çətin oyun gözlədiyindən danışmağa ehtiyac yoxdur. Komandamızın hazırkı durumunu nəzərə alanda qarşılaşmanın bizim üçün ağır olacağını deyə bilərəm. Biz də əlimizdən gələni edəcəyik ki, həm baxımlı oyun göstərək, həm də sərfəli nəticə qazanaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.