https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
search
23 Aprel 2024
22 Aprel 2024

Rail Məlikov: “Əsas odur ki, çempion olaq”

Rail Məlikov: “Əsas odur ki, çempion olaq”

"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikovun Qol.Az saytına müsahibəsi

- Uzun müddətdir zədədən əziyyət çəkirdin. Hazırda durumun necədir ?

- Zədəm sağalıb, oyunlara tam hazır olmaq üçün gündəlik olaraq məşqlər edirəm. Türkiyədə verilən proqram üzrə hazırlıqlarım davam edir. Hər gün 3-4 saat  fərdi çalışıram.

- Növbəti oyunda səni meydanda görə bilərik?

- Bəli. Hazırda məşqlər gedir. İnşallah gözlənilir ki, gələn oyun meydana çıxım. Çalışacağam ki, növbəti oyuna qədər zədəmi tam sağaldım.

- Türkiyə mətbuatında keçmiş komanda yoldaşın Arif İsayevin “Dənizlispor”dan uzaqlaşdırılacağı xəbəri yayılıb. Bu haqda məlumatın var?

- Bu barədə heç bir məlumatım yoxdur. İlk dəfə sizdən eşidirəm. Zəng edib özü ilə danışacam.

- Milli komandanın keçirəcəyi yoldaşlıq görüşləri haqqında nə deyə bilərsən?

- Mən milli komadanın heyətinə çağırılan zamanda bu yoldaşlıq oyunları keçirilirdi. Belə matçlar  millimiz üçün çox faydalıdır. Yığma komandanın futbolçuları daha çox birlikdə olurlar. Meydanda biri-birilərini daha yaxşı başa düşürlər.

- Səncə, Qırğızıstan və Estoniya komandaları yığmamız üçün uyğun rəqiblərdir?

- Qırğızıstan barədə heç nə deyə bilmərəm, çünki o komandanın oyununu izləməmişəm. Estoniyaya gəldikdə isə, komandamız üçün layiqli rəqibdir. Söhbət yığma komandadan gedirsə, deməli, hər iki komanda güclüdür, lakin Estoniya hazırda Qırğızıstandan daha güclüdür.

- Oyunlar barəsində sənin proqnozun necədir?

- Məncə, Qırğızıstana qalib gələcəyik. Estoniya ilə oyun isə fikrimcə çətin olacaq, amma yenə də istərdim ki, millimiz qalib gəlsin.

- Çempionatda yaranmış fasilədən “Qəbələ” necə istifadə edir?

- Komandamız məşqlərini davam etdirir. İki gün istirahət etdikdən sonra yenidən məqşlərə başlamışıq. Hər zaman olduğu kimi növbəti turun oyununa ciddi hazırlaşırıq.

- Yeri gəlmişkən, növbəti turda AZAL-la qarşılaşacaqsınız. Bu görüş haqda nə deyə bilərsən?

- Əlbəttə, AZAL hər zaman bütün komandalar üçün çətin rəqib olub. Gözəl futbol nümayiş etdirən bir kollektivləri var. Baş məşqçi Vaqif Sadıqov da komandanı taktiki cəhətdən düzgün hazırlayır. Birinci dövrədə bu rəqibə 2:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, çox güclü komanda ilə qarşılaşacağımızı unutmamalıyıq. AZAL-a qarşı doğma meydanda oynayacağıq. Bu səbəbdən də əsas məqsədimiz qələbə qazanmaqdır.

- Mütəxəssislər "Qəbələ"nin çempionluq şansını  yaxşı qiymətləndirir. İddialılar arasında "Neftçi" və "Qarabağ"la birgə "Qəbələ"nin də adı çəkilir.  Bu barədə sənin fikrin necədir?

- Bizim komandanın qarşısına rəhbərlik tərəfindən ilk üç pillədən birini tutmaq məqsədi qoyulub. Məqsədimizə çatmaq üçün var gücümüzlə, sona qədər mübarizə aparacağıq. Amma əsas odur ki, çempion olaq. Kimin hansı mövqedə olacağını mövsümün sonunda hər kəs biləcək.

- Hazırda liderlərdən 5 xal geri qalırsınız. Xal fərqini aradan qaldırmaq mümkün olacaq?

- Beş xal komandamız üçün çoxda böyük görünməməlidir. İtirdiyimiz xalları bərpa etmək gücündəyik. Yəni bizim “Neftçi” və “Qarabağ”la oyunlarımız var. Bu oyunlarda qalib gələrək xal fərqini aradan götürməyə çalışacağıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.