../img/pics/medium/156192_58y3okch8v.jpg Fəxriyə Xələfovadan qadınlara müraciət - Video
../img/pics/medium/156193_89sy1ewxh6.jpg KİVDF-yə yeni İcraçı direktor təyin edildi
../img/pics/medium/156180_dydaw50yxj.jpg Hikmət Sabiroğlu açıqlama yaydı
../img/pics/medium/156167_3hgrvsjiqd.jpg Dövlət Miqrasiya Xidməti sosial video çarx hazırladı - Video
SON XƏBƏRLƏR
5 Aprel 2020
4 Aprel 2020

Musa...

Musa...<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Antalyadan qayıtdıqdan sonra, iki gün öncə yazdığım yazıda belə bir qeydlər vardı:

"Qurban Qurbanovun gələcəyinə inanıb dəstək verdiyi, “Qarabağ” kimi komandaya cəlb etdiyi həmin gənclərdən bəzilərinə daha çox şans verməsinin zamanı çatıb. Xüsusən məşqçilərin və futbol adamlarının haqqında müsbət fikirlər səsləndirdiyi, gələcəyin yaxşı bir hücumçusu kimi gördüyü U-21 millimizin də üzvü 18 yaşlı Musa Qurbanlının potensialını tam açmaq mərhələsinin yetişdiyini söyləmək olar. Mənə elə gəlir ki, bu məsələdə Qurban Qurbanov öz təvazökar xarakterindən irəli gələrək futbolçu Musaya münasibətdə məşqçi deyil, daha çox ata kimi yanaşır. Ona oyunlarda artıq şans verməsinin cəmiyyətdə tərəfkeşlik kimi başa düşüləcəyini zənn edir. Amma Musadakı istedad, xarakter və potensial Q.Qurbanova qan bağlılığı olmayan başqa gənc bir hücumçuda olsaydı, inanıram ki, həmin oyunçu bu mövsüm bir yox, bir neçə matçda iştirak etmişdi".

***

Bu gün Musa Çexiyanın "Siqma" komandası ilə yoxlama matçında start heyətdə meydana çıxıb və qol vurub (səhv etmirəmsə, bu, onun əsas komandada ilk qoludur). Bu qolun onda necə həvəs yaradacağını, qarşıdakı matçlara hansı formada motivasiya edəcəyini növbəti oyunlarda da görəcəyik. Əsas odur o, çempionatın ikinci hissəsində daha çox oynamaq şansı qazansın. Əgər bu, "Qarabağ"da çətindirsə, onu əsas heyətdə oynamaq şərti ilə Premyer Liqanın başqa klublarından birinə icarəyə vermək olar. Musa Azərbaycan futbolunun son illərdəki ən uğurlu tapıntılarındandır və ona şans verməklə istedadında yanan ocağı daha da alovlandırmaq olar.

O, atası Qurban Qurbanov, əmisi Musa Qurbanov kimi futbolumuza yaxşı hücumçular bəxş etmiş bir nəslin davamçısıdır. Genetik kodu onsuz da müsbət gələcəyindən xəbər verir. Barəsində Rəşad Sadıqovun dilindən eşitdiyim başqa bir fakt isə odur ki, atası Qurban müəllim kimi xarakterli və liderlik keyfiyyətləri olan biridir ki, belə fərdlər sarıdan futbolumuz uzun zamandı korluq çəkir.

Deməli, bizim bütün məşqçilərimiz təcrübəli oyunçularla nəticə qazanmağı düşünməklə yanaşı, Musanın timsalında gənclərə də güvənməlidirlər. Sayları az olsa belə, yaxşı gənc futbolçularımız var və onlara özlərini təsdiq etmək üçün, sadəcə, meydan verilməlidir.

Arzuolunan haldır ki, gənclərə şanslar bütün klublarımızda olsun və rəsmi oyunlarda da davam etdirilsin. Bu halda onların istedad və potensialı daha da üzə çıxacaq. Qazanan isə təbii ki, klublarımız, milli komandalarımız olacaq. Futbolumuzda hər nə qədər problemlər olsa da, müsbət nələrsə də var və fürsət düşmüşkən, ondan elə indi istifadə etmək lazımdır. Çünki sabah gec olar.

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - Aydın Bağırovun yazısı Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər - Aydın Bağırovun yazısı
AFFA-nın İntizam Komitəsinin fevralın 25-də açıqladığı qərarda diqqətimi bir məqam çəkdi. Uşaq liqalarında ayrı-ayrı komandaların ümumən 4 məşqçisi hakimləri təhqir etdiyinə görə...
28.02.20
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Bizim problem... Bizim problem...
Kobe Brayantın şəxsində dünya idmanına üz verən ağır itki idman jurnalistikamızda bir ciddi problemi ortaya çıxardı. ...
28.01.20
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.