ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama “Ən yaxşı danışıq janrı” nominasiyasında “Var olmaq” adlı memuar kitabına görə “Qremmi” mükafatı qazanıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 62-ci Qremmi mükafatının təqdimetmə mərasimi Los-Anceles şəhərində keçirilib.
Səsli kitab formatında satışa çıxarılan audio kitab xeyli məşhurluq qazanıb, dünyanın 31 dilinə tərcümə edilib.