../img/pics/medium/152197_z5myr9naf2.jpg Qalatasaray Universitetində Xocalı paneli - Fotolar
../img/pics/medium/152190_ji04o1cfqs.jpg SABAH "525-ci qəzet"də nələr var? - ANONS
../img/pics/medium/152209_8t3z1qtqsk.jpg Şair Faiq Balabəyli ilə söhbət-dərdləşmə
../img/pics/medium/152208_e0w036glkr.jpg Kövrək xatirələrlə qazanılan müdriklik
SON XƏBƏRLƏR
26 Fevral 2020
25 Fevral 2020

Bizim problem...

Bizim problem...<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Kobe Brayantın şəxsində dünya idmanına üz verən ağır itki idman jurnalistikamızda bir ciddi problemi ortaya çıxardı.

Fikrimcə, yeni yaranan Azərbaycan İdman Jurnalistləri Federasiyası gələcəkdə öz fəaliyyətində bu məsələyə xüsusi yer verməlidir (treninqlər, kurslar keçirmək, redaktorlar və jurnalistlərin iştirakı ilə geniş müzakirə aparmaqla). Məsələ nədir? Başda Qol.az saytı olmaqda idman mediamızda bu böyük idmançının faciəli ölümü, karyerası və həyatına dair bir müəllif yazısına belə rast gəlmədim (xarici saytlardan tərcümə edilmiş yazılar istisna olmaqla). Hər gün daim izlədiyim Rusiyanın idman mediasında isə bir neçə fərqli və samballı yazılar görmək mümkün idi ki, bu yerdə zamanında basketbolla maraqlanmadığımı və sırf futbol jurnalistikası ilə məşğul olmağımı özümdə nöqsan kimi görürəm.

Kobe Brayantın ölümünə bizim medianın, ola bilər  ki, daha çox bilgisizlikdən yaranan, amma istənilən halda qəbul edilməyən yanaşması idman jurnalistikamızda problemə qısa münasibət bildirmək üçün sadəcə açar rolunu oynayır. Bəli, bu sahədə durum həqiqətən yaxşı deyil. Əsas, ya da bütün diqqət futbola yönəlib deyə, digər idman növləri üzərində medianın nəzarəti tamamilə itib. Cüdo, güləş, boks və bir çox digər idman növündə böyük problemlər var. 6 ay sonra Tokio Yay Olimpiya Oyunları start götürəcək. Planetin bu birnömrəli idman yarışına isə cəmi 10-12 lisenziya qazanmışıq. İndiki gedişat həmin yarışda medal sayının əvvəlki illərlə müqayisədə kəskin səviyyədə aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Təəccüblüdür ki, bu, son illərin ən zəif göstəricisi olsa da, bu ciddi problem qabardılmır, İdman Nazirliyindən, federasiyalardan hesabat soruşulmur. Halbuki həmin qurumların çoxuna yetərincə maliyyə dəstəyi göstərilib. Bəs hanı nəticə? Problemin mənbəyi ilə bağlı mütəxəssis fikri demək olar ki, yox dərəcəsindədir. Çünki federasiyalarla idman mediası arasında əlaqələr ya zəifdir, ya da ümumiyyətlə, heç mövcud deyil.

Bəli, futbolda da problem çoxdur və qeyd edildiyi kimi, daim diqqətdədir. Amma digər qurumlardakı nöqsanlar heç də AFFA-dan az deyil. Federasiyaların bir çoxunda daxili intriqalar, qruplaşmalar, ayrı-seçkilik baş alıb gedir. Əsasən də milli komandalara nəticə verməyən legioner məşqçi və idmançıların dəvət edlməsi narazılıqlar yaradıb ki, idman mediamızın bunlara da toxunması mütləq zərurə çevrilib. İdman adamları şəxsi söhbətlərdə üzləşdikləri çətinliklərdən danışanda heyrət etməyə bilmirsən. Bu, əlbəttə, bir tərəfdən idman mediasının qeyri-futbol sahələrini nəzarətdə saxlamamasıdırsa, başqa bir səbəbi də federasiyaların media ilə əməkdaşlığa can atmaması, yaxud uğursuz, zəif əlaqələridir.

Zəif əlaqələr demişkən...

Gənclər və İdman Nazirliyi isə yaxşı olar ki, idmana aid tədbirlərinə siyasi müxbirləri yox, daha çox idman mediasını dəvət etsin.


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı Futbolumuzda yeni istedad göründü - Aydın Bağırovun yazısı
Premyer Liqamızın 17-ci turunun ötən bazar günü keçirilən "Səbail" - "Qəbələ" qarşılaşmasını, rəsmi protokola əsasən, stadiondan 650 tamaşaçı izləyirdi. Bəli, say azdır, olmaqda da...
19.02.20
Musa... Musa...
Antalyadan qayıtdıqdan sonra, iki gün öncə yazdığım yazıda belə bir qeydlər vardı: ...
25.01.20
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.